Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Üsyan edən Sumqayıt şəhər sakininə NAZİRLİKDƏN ŞAD XƏBƏR- FOTO

05.03.2020 14:12

Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə- Qocalar evinə yerləşdirilib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, yaxın günlərdə həmin şəxsin ağladığı video sosial mediada gündəm olmuşdu.

Belə ki, Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Y.Quliyevin Qocalar evinə qəbul edilmədiyi iddia edilirdi.

Nazirlikdən verilən məlumata görə onun həmin müəssisəyə müraciət etmədiyi müəyyən olunub. Nazirlik əməkdaşları həmin videodan sonra Y.Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər.

Bundan sonra o, Qocalar Evində tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq.

X.V