Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda 14 yaşlı məmur oğlu maşınla yeniyetmə qızı vurdu

05.03.2020 14:12

Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Футляр от виолончели

Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107” markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.//Publika.Az