Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ölümcül TƏHLÜKƏLİDİR

05.03.2020 14:12

Gündəlik istifadə olunan bir çox əşyalarda, o cümlədən plastmas uşaq oyuncaqları və keramikadan olan məmulatlarda xərçəngə səbəb ola biləcək yüksək miqdarda ağır metal – kadmium mövcuddur.

Об этом сообщает Роспрес

Belə bir nəticəyə Böyük Britaniyanın Plimut Universitetinin alimləri gəlib.

Sənayedə kadmium maddəsindən al-qırmızı, narıncı və sarı rəngləri əldə etmək üçün geniş istifadə olunur. Bundan başqa, adıçəkilən maddə emal prosesində şüşə əşyalara hopa bilər.

Alimlərin fikrincə, insanla təması olan mühitdə sözügedən ağır metalın konsentrasiyası milyona 50-800 zərrəcikdən çox olmamalıdır. Habelə bir çox predmetlərin səthində kadmium miqdarının normadan artıq olduğu bildirilir.

Mütəxəssislər qeyd edir ki, kadmiumun ən yüksək konsentrasiyası köhnə stəkan və şüşə qablarda (xüsusilə müxtəlif rəngli loqotip, yazı və şəkillərin həkk olunduğu şüşə qablarda), keramika və plastmast məmulatların səthində, o cümlədən, uşaq oyuncaqlarında aşkarlanıb./Oxu.az