Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vaşinqton Rusiyanın CAVABINA dözmədi

05.03.2020 14:12

Məsləhət tələbi təşkilat daxilində iddia ərizəsi prosedurunda ilk addımdır

Об этом сообщает Руспрес

ABŞ Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Rusiyaya qarşı iddia qaldırıb.

A24.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ Ümumdünya Ticarət Təşkilatından bir sıra malların idxalına dair Rusiya ilə məsləhətləşmələr aparılmasını xahiş edib. Məsləhət tələbi təşkilat daxilində iddia ərizəsi prosedurunda ilk addımdır.

ABŞ qeyd edir ki, Rusiya ÜTT-yə daxil olan digər ölkələrdən analoji məhsullar üzərində heç bir haqq tətbiq etmir.

Qeyd edək ki, ABŞ sanksiyalarına qarşılıq olaraq, Rusiya avqust ayının 5-dən etibarən ABŞ-dan idxal olunan bəzi mallara yeni rüsum tətbiq edib. Bu, Vaşinqtonun polad və alüminiumdan olan məhsullara rüsum tətbiq etməsinə cavab olub. Moskva ÜTT normaları çərçivəsində fəaliyyət göstərdiyini bildirib.

Malların daşınması üçün müəyyən növ nəqliyyat vasitələri, yol-tikinti avadanlıqları, neft və qaz avadanlıqları, metal emalı və qaya qazma alətləri idxalına görə gömrük rüsumlarının dərəcələri qaldırılıb. Hazırda bu rüsum 25-40 faizə qədərdir.