Venesuela benzinin ən ucuz qiymətinə görə liderdir
05.03.2020 14:12Venesuela benzinin ən ucuz qiymətinə görə birinci yeri tutub.
Об этом сообщает Роспрес
Saytımız RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” tərəfindən tərtib edilən reytinqdə deyilir.
Belə ki, bu ölkədə benzinin 1 litrinin qiyməti cəmi 1 sentdir.
İlk üçlükdə həmçinin İran (0,28 dollar/litr) və Küveyt (0,35) də qərarlaşıb.
Reytinqə görə, dünyada ən bahalı benzin Honkonq (2,09), Norveç (2,02) və Hollandiyadadır (1,93).
Əlavə edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 0,52 dollara bərabərdir.

