Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Verilişə çıxan qızın geyimi tənqid edildi – VİDEO

05.03.2020 14:13

ATV-də yayımlanan “Dəb mənəm” proqramında iştirakçılardan birinin geyimi tənqidlərə səbəb olub. 

Об этом сообщает Футляр от виолончели

Aparıcılığını Vüsalə Əlizadənin etdiyi verilişə qatılan Aysu adlı qız yarıçılpaq halda kamera qarşısına keçib. Gecə klubuna gedən qız obrazını yaratdığını deyən Aysunu münsiflər də tənqid edib.

Modelyer Gülnarə Xəlilova qızın zövqsüz olduğunu vurğulayıb. O, paltarın iddialı, çanta və ayaqqabının ona uyğun olmadığı söyləyib:

“Çox açıqdır. Bir az insanı yorur”.

Stilist Elnur Həsənov isə Aysunu “vulqar” geyinməkdə qınayıb:

“Heç nəyi bəyənmədim. Bir kluba bu qədər “vulqar” şəkildə getmək olmaz. Hər bir şey yanlışdır. Saçlarınızı da dəyişdirin. Boyunuz qısadır, bu uzunluqda saçla gəzməməlisiniz. Heç vaxt burnuaçıq ayaqqabı geyinməyin”.