Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“WhatsApp”da yeni TƏHLÜKƏ: Diqqətli olun

05.03.2020 14:13

“WhatsApp” istifadəçiləri üçün yeni bir təhlükə yaranıb.

Об этом сообщает Роспрес

A24.Az-ın “İzvestiya” nəşrinə istinadən verdiyi məlumata görə, əlaqə nömrələri siyahısında qəflətən “Momo” adı altında yeni abonent yaranıb.

Bot istifadəçiyə videozənglə zəng edə və ya şokedici məzmuna malik şəkilli ismarıc göndərə bilər. Bununla belə, bot vəhşi məxluq görünüşünə malikdir.

“Momo”nun nömrəsi Yaponiyada qeydiyyatdadır. Versiyaların birinə görə, virus yeni qorxulu filmin reklamı ola bilər.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər daha əvvəl istifadəçilərin şəxsi məlumatlarını qarət edən “Android” üçün zərərli tətbiq aşkar ediblər. Söhbət “Advanced Battery Saver” proqramından gedir. Bu proqram istifadəçilərə cihazın enerjisinə qənaət etməkdə yardımçı olacağına söz verib.