Xaçmazda meyvə dolu yük maşını belə aşdı – ANBAAN KADRLAR
05.03.2020 14:13Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verən dəhşətli qəzanın anbaan görüntüləri yayılıb.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi məlumata görə, görüntülərdə yüklə dolu ağırtonnajlı avtomobilin qəza törətməsi əks olunub.
Qeyd edək ki, bu gün 07:40 radələrində hələlik adı məlum olmayan sürücü yük maşını ilə Rusiya Federasiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə uzunluğu 10 metrə yaxın olan yük avtomobili Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində aşıb.
Nəticədə meyvə ilə yüklənmiş yük avtomobili aşıb.
Rusiya vətəndaşı olan sürücü isə yüngül bədən xəsarətləri alıb.
Yük maşınına ciddi ziyan dəyib.
Məlumata görə, yük maşınında meyvələr daşınırmış.
Faktla bağlı araşdırma aparılır.

