Xaçmazda qəza: sərxoş sürücü maşını dirəyə çırpdı
05.03.2020 14:13Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinasən xəbər verir ki, 1992-ci il təvəllüdlü yerli sakin Hacıbalayev Ruslan Teyyub oğlu idarə etdiyi avtomobili yüksək sürətlə yol kənarındakı dirəyə çırpıb.
O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Çoxsaylı bədən xəsarətləri alan sürücü qəzaya düşən zaman sərxoş olub.
Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

