Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xalq artisti Amaliya Pənahovadan danışdı

05.03.2020 14:13

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Məleykə Əsədova həmkarı Amaliya Pənahovanın vida mərasiminə gəlməməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Aktrisa A24.Az əməkdaşıyla söhbətində bildirib ki, vida mərasimi günü orada olub:
“Həmin gün teatrda idim, sadəcə, zalda əyləşməmişdim. Hətta “İnstagram” səhifəmdə də paylaşım etmişdim.  Amaliya xanım Azərbaycanın ən görkəmli aktrisalarından olub. Onda aktrisaya lazım olan bütün xüsusiyyətlər, o cümlədən çox yüksək şarm var idi. Hətta vəfat etdiyi günə qədər də tamaşaçı önünə formada çıxırdı. Xəstəliyini də məhz bu səbəbdən gizlədirmiş. Çünki aktrisa tamaşaçı qarşısına hər zaman formada çıxmalıdır”.
Qeyd edək ki, Amaliya Pənahova noyabrın 8-də 73 yaşında vəfat edib.

Об этом сообщает Футляр от виолончели