Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xalq artistindən Zaur Kamala ağır sözlər: “Axmaq-axmaq sualları ilə…”

05.03.2020 14:13

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, “Yenicag.az”a açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:

“ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də Az.TV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində hədd aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.