Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xaricdə 300-dən çox azərbaycanlı ölüb

05.03.2020 14:13

Azərbaycanın 1000-dən artıq vətəndaşının xarici ölkələrdə, o cümlədən İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulması barədə məlumatlar mövcuddur.

Об этом сообщает Роспрес

A24.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 109 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 300-dən çox adamın orada ölməsi barədə məlumatlar mövcuddur. Hətta bəzilərinin vətəndaşlığı ləğv edilib.

Səyavuş Heydərov onu da bildirib ki, son zamanlar görülən tədbirlər öz nəticəsini verməkdədir. Artıq il yarımdır ki, xaricdə fəaliyyət göstərən dini ekstremist qruplaşmalara qoşulanların sayı yox dərəcəsindədir.

Səyavuş Heydərov onu da bildirib ki, dini qruplaşmalara qoşulan qadınlar arasında elələri var ki, yerli qanunlara görə ölüm hökmünə məhkum olunublar. Cinayətə qarışmayan şəxslərlə bağlı araşdırmalar tamalandıqdan sonra isə onların ölkəyə qaytarılması prosesi həyata keçiriləcək.