Xarici vətəndaşın yaşadığı evdən oğurluq edən qadın yaxalandı
05.03.2020 14:14Bakıda oğurluq etmkəkdə şübhəli bilinən şəxs saxlanılıb.
Об этом сообщает Роспрес
Bu barədə A24.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

