XİN: Paşinyan Sarqsyandan qətiyyən fərqlənmir
05.03.2020 14:14Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək, erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirməsi ilə əlaqədar açıqlama yayıb.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, açıqlamada deyilir ki, beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur.
Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir.
Bu bəyanat Paşinyanın sələfi Serj Sarqsyandan qətiyyən fərqlənmədiyini göstərir”.

