Xorvatiya prezidenti Putini Zaqrebə dəvət etdi
05.03.2020 14:14Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya prezidenti Vladimir Putini ölkəsinə rəsmi səfər etməyə dəvət edib.
Об этом сообщает Роспрес
Saytımızın rus KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Xorvatiya prezidenti ikitərəfli münasibətlərin gündəliyində müzakirə olunası kifayət qədər məsələnin olduğunu deyib.
“Mən onu keçən il Soçidə olanda dəvət etmişəm və Moskvada da təkrar olaraq dəvət etdim. Bu Rusiya prezidentinin Zaqrebə ilk dövlət səfəri olardı, hesab edirəm ki, əsl vaxtıdır”, – deyə Qrabar-Kitaroviç “Kommersant” qəzetinə müsahibəsində bildirib.

