Yağış və daşqınlar nəticəsində 35 nəfər öldü
05.03.2020 14:14Səudiyyə Ərəbistanında leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Об этом сообщает Роспрес
Bu barədə A24.Az “RİA Novosti”yə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı Baş Mülki Müdafiə İdarəsinin məlumatına görə, insan tələfatı Krallığın 10 fərqli regionunda qeydə alınıb. Ən çox ölüm halı Məkkədə olub – 11 nəfər.
Əksər hallarda ölümün səbəbi daşqınlar, daşqın olan yerlərdə tok vurma və binaların dağılması olub.
Həmçinin xilasedicilər daşqın zonasından 4 mindən çox insanı evakuasiya edib.

