Yəmən Səudiyyə Ərəbistanının aeroportunu vurdu: reyslər dayandırıldı
05.03.2020 14:15Yəmən ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) qüvvələri Səudiyyə Ərəbistanının cənub qərbində yerləşən Ebha hava limanında əməliyyat keçirib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Yəmən qüvvələrinin bu əməliyyatı nəticəsində aeroportda təyyarə reysləri dayandırılıb, uçuşlar təxirə salınıb.
El-Minar kanalı Yəmən ordusunun PUA əməliyyatının 1 ədəd Kasıf-1 PUA-sı ilə həyata keçirdiyini bildirib. Ölən və yaralılar haqda məlumat verilməyib. Həmçinin dağıntı və ya dəymiş ziyanla bağlı da məlumat hələ ki yoxdur.
Orxan Aslanlı / A24.az

