Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni “İphone”nun qiyməti ilə bağlı şirkət RƏSMİSİNDƏN AÇIQLAMA

05.03.2020 14:15

“Apple” şirkətinin baş direktoru Tim Kuk çərşənbə axşamı ABC telekanalının “Sabahın xeyir, Amerika” verilişində çıxış edərək bildirib ki, bu şirkət tərəfindən buraxılan ən yeni “iPhone” smartfonlarının baha olmasını deməyə əsas yoxdur.

Об этом сообщает Руспрес

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, populyar smartfonların istehsalçısı olan şirkətin rəhbəri deyib: “Biz istəyirik ki, “iPhone” hamı üçün əlyetərli olsun. Kuk bu fikrini onunla izah edib ki, “iPhone” istehsalçılarının çoxu həmin smartfonların dəyərini öz mobil rabitə operatorları vasitəsilə hər ay müəyyən hissə şəklində ödəyirlər. Beləliklə, bahalı aparat daha əlyetərli olur. Kuk deyib: “Adamların əksəriyyəti “iPhone” üçün hər ay təqribən 30 dollar və ya gündə 1 dollar ödəyir”.

Ötən həftə “Apple” şirkətinin Kupertino şəhərində (Kaliforniya ştatı) yerləşən qərargahında “iPhone” telefonunun hazırda ən bahalı olan 3 yeni modeli təqdim edilib. “Xs” modelinin qiyməti 999 dollardan, “Xs Max” modelinin qiyməti 1099 dollardan, üçüncü, şirkətin özünün “əlyetərli” adlandırdığı “iPhone XR” modelinin qiyməti isə 749 dollardan başlayır.

Kuk qeyd edib ki, smartfon üçün 1000 dollar və ya daha artıq məbləğ ödəmək bəzi adamlar üçün ağlasığmaz görünə bilər, lakin “iPhone” çox funksiyalara malikdir və faktiki olaraq həm standart kameranı, həm pleyeri, həm də videokameranı əvəz edir.