Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni nəsil APPLE prosessoru RƏQİBLƏRİNİ geridə qoyacaq

05.03.2020 14:15

Yeni nəsil “Apple A12” prosessoru məhsuldarlığına görə rəqiblərini geridə qoyacaq.

Об этом сообщает Роспрес

A24.Az Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin smartfonları mobil bazarda ən güclü qurğular olacaq. Yeni “A12” prosessoru “Apple” korporasiyasının rəqibləri qarşısında üstünlüyünü təmin edəcək. Bu haqda “Digitimes” analitik şirkəti məlumat verib.

Sözügedən çip 7 nanometrlik texnoloji proses üzrə hazırlanıb. “Macworld” nəşri yazıb ki, “A12” prosessoru “iPhone X”-da quraşdırılmış “A11 Bionic”dən 20-30% daha sürətli işləyəcək.

“Digitimes” analitik şirkəti əlavə edib ki, başqa prosessor istehsalçıları – “Qualcomm” və “MediaTek” yalnız 2019-cu ildə 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış çiplərini bazara çıxaracaq. Beləliklə, “Apple” öz rəqiblərini xeyli qabaqlamağa nail olub.