Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yevlaxda 17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı

05.03.2020 14:15

Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb.

Об этом сообщает Роспрес

A24.Az-ın məlumatına görə, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə yaşadığı Yevlax rayon Boşçalı kəndində nənəsinin evindən oğurlayıblar.

Onlar S.Quliyevanı avtomobilə məcburi mindirərək rayonun Hürüuşağı kəndinə aparıblar. Daha sonra dəstə üzvləri S.Quliyevanı qohumları Tural Muxtarovun avtomobili ilə Goranboy rayonuna qaçırmaqla 9-dək digər qohumları Elşən Ağalarovun evində saxlayıblar.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb,