Yevlaxda evdən 32 min dollar və 18 min 645 manat dəyərində zinət əşyaları oğurlanıb
05.03.2020 14:15Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
Об этом сообщает Руспрес
A24.Az xəbər araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə qrupun digər üzvü R.Cabbarov da saxlanılıb.
Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

