Yığmamız Avropa çempionatının seçmə mərhələsinə uğursuz start verdi
05.03.2020 14:1519 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib.
Об этом сообщает Руспрес
A24.Az-ın məlumatına görə, I qrupda yer alan milli komanda İsraillə üz-üzə gəlib.
Gürcüstanın paytaxtı Tbilisidəki Mixail Mesxi adına Stadionun ikinci meydanında baş tutan qarşılaşma Azərbaycan yığmasının 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüqar Məmmədin baş məşqçi olduğu komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Emil Qasımov vurub.
Qrupun digər oyununda Gürcüstanla Lixtenşteyn qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Gürcüstana qarşı keçirəcək. Oyun saat 17:00-da start götürəcək.

