Yunanıstan millisində baş məşqçi dəyişikliyi
05.03.2020 14:15Yunanıstan millisinin baş məşqçisi Mixal Skibbe istefaya göndərilib.
A24.az-ın məlumatına görə, bu barədə Yunanıstan Futbol Federasiyası xəbər yayıb.
Об этом сообщает Футляр от виолончели
Millinin uğursuz çıxışları almaniyalı mütəxəssisin qovulmasına səbəb olub. Komanda Milətlər Liqasının son iki görüşündə – Finlandiya (0:2) və Macarıstana (1:2) uduzub. Yığma hazırda 4 turdan sonra 6 xalla qrupda 2-cidir.
Skibbeni yerli mütəxəssis Angelos Anastassiadis əvələyib. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı.

