Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zaqatala Məscidinin imamı Allahın evinə girməyə qadağa qoydu

05.03.2020 14:16

Zaqatala şəhər məscidində  insanların bura girişinə qadağa xarakterli elan yapışdırılıb. 

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, elan da “Məsciddə , Məscidin həyətində qalmaq və toplaşmaq qəti qadağandır” yazılıb.

Elanla bağlı Zaqatala şəhər məscidi ilə əlaqə saxladıq.

Məsciddə çalışan İbrahim İbrahimov adlı şəxs açıqlamasında bildirdi ki, elanı Bakı məscidlərindən nümunə götürüblər.

“Bu sizin nəyinizə lazımdır? Bu hər yerdə var. Niyə məhz bizim məscid sizi maraqlandırdı?  O qədər var ki, boş vaxtını keçirən, namazdan namaza gəlib içəridə yatan insanlar. Onlardan soruşun niyə burda zamanlarını keçirdiklərini”.