Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zaqatalada fındıq oğruları saxlanılıb

05.03.2020 14:16

Zaqatala rayonunda 120 kiloqram fındıq oğurlayan şəxslər saxlanılıb.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub S.Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.