Zəvvarların təhlükəsizliyi üçün Səudiyyədən QADAĞA
05.03.2020 14:16Səudiyyə Ərəbistanı Həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün müqəddəs məkanlarda qaz balonlarından istifadəni qadağan edib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında yazılı açıqlama verilib.
Açıqlamada Həcc səfəri zamanı zəvvarların təhlükəsizliyi və hüzuru üçün Mina, Müzdelifə və Arafatda qaz balonlarından istifadə qadağan edilib.
Bundan başqa açıqlamada qeyd edilib ki, qadağaya əməl etməyən şəxslərin birinci dəfə 266, ikinci dəfə 666, üçüncü dəfə 1333 dollar cərimələnəcəyi və bir həftə nəzarət altında saxlanılacağı bildirilib.
Qeyd edək ki, 1997-ci ilin 15 aprel tarixində Minada zəvvarların olduğu çadırda qaz balonunun səbəb olduğu partlayış nəticəsində 343 nəfər ölmüş, 500-dən çox insan isə xəsarət almışdı.

