Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

2018 – də ən çox qol vuran futbolçuların üçlüyü müəyyənləşdi

05.03.2020 14:17

Ötən il ən çox qol vuran futbolçulardan ibarət üçlük müəyyənləşib.

Об этом сообщает Футляр от виолончели

A24.az Oxu.Az –a istinadən xəbər verir ki, birinci yeri Qətərin “Əl-Sədd” klubunda çıxış edən Bağdad Bunejad tutub. Əlcəzairli hücumçu 40 oyunda 59 dəfə fərqlənib. Bu, dünyanın bütün liqaları arasında ən yüksək göstərici olub.

İspaniya “Barselona”sının forvardı Lionel Messi ikinci yerlə kifayətlənib. Argentinalı ulduz 54 oyuna 51 qol vurub. O, Avropanın milli çempionatlarında ən yaxşı bombardir ola bilib.

Üçüncü yerdə isə “Real Madrid” i İtaliya “Yuventus” una dəyişmiş Kriştianu Ronaldu tutub. Portuqaliyalı hücumçu il ərzində iki klubda 53 oyuna 49 qol müəllifi olub.

Qeyd edək ki, Bağdad Bunejad “Əl-Sədd” ə 2015-ci ildə Tunisin “Etual dü Sahel” klubundan 3,5 milyon avroya keçib. 27 yaşlı forvard cari Qətər çempionatnda 13 oyuna 26 qol vurub və 5 məhsuldar ötürmə verib.