ABŞ “Stinger” zenit-raket komplekslərini quru qoşunlara geri qaytarır
05.03.2020 14:17ABŞ Silahlı Qüvvələri 15 il əvvəl istifadədən kənarlaşdırdıqları “Stinger”(FIM-92 “Stinger”) daşınan zenit-raket kompleksini yenidən quru qoşunlarına qaytarırlar.
Об этом сообщает Роспрес
“A24.Az” xarici mətbuata istinadən xəbər verir ki, 1981-ci ildə silahlanmaya qəbul edilən raket kompleksi, aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
ABŞ rəsmilərinin verdiyi açıqlamalara görə, quru qoşunlarında yenidən “Stinger”in istifadəsi ilə bağlı dərslər keçiriləcək. Bundan sonra isə raket kompleksi onların istifadəsinə veriləcək. Rusiya-Ukrayna münasibətləri gərginləşdikdən sonra Rus Ordusunun əldə etdiyi silah, hərbi texnika ilə yanaşı pilotsuz uçuş aparatları ilə də böyük təhlükələr yaratdığı aşkar edilib. Məhz bu səbəbdən “Stinger” daşınan zenit-raket kompleksinin PUA-lara qarşı effektiv təsirli olduğu qiymətləndirilib.
ABŞ rəsmilərinin bu addımı atmalarının (“Stinger”lərin yenidən quru qoşunlarının istifadə verilməsi) əsas səbəbi məhz bununla əlaqədardır. Buna görə də, qısa vaxt ərzində ABŞ Quru Qoşunları, Avropada 62 “Stinger” tağımı hazır etməyə çalışdığı söylənilir. Əsas hədəfləri isə bu proqram başa çatana qədər hər diviziyada bir qısa mənzilli hava hücumundan müdafiə batolyonunun olması ilə bağlıdır.
Qeyd edək ki, istifadəsi sadə və yüngül olan raket kompleksi hazırda təxminən 19 dövlətin silahlanmasında yer alır.
Xatırladaq ki, mətbuatda yer alan məlumatlara görə, ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə gizlicə verdiyi daşınan zenit-raket komplekslərinin “Stinger” olduğu ehtimal edilir.
Orxan Aslanlı / A24.az

