Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ağızın acı dadması nədən xəbər verir – VİDEO

05.03.2020 14:17

Ağızda acılığın hiss olunması problemi bir çox insanlarda rast gəlinir.

Об этом сообщает Роспрес

Mütəxəssislər isə bunun adi hal olmadığını, hansısa xəstəliyin əlaməti ola biləcəyini deyirlər. Bu problem sinirlə, xüsusilə də periferik sinirlərdə baş verən pozulmalarla əlaqədar ola bilər. Çünki bu vəziyyətlərdə dadbilmə duyğusunun dəyişmə ehtimalı böyükdür.

Şəkərli xəstələrin də ağzı adətən, acı dadır. Bu isə qanda şəkərin səviyyəsinin artması ilə bağlıdır. Qalxanvari vəzin fəaliyyətindəki pozulmalar ağızda acı dadın əmələ gəlməsinə səbəb ola bilər. Digər əsas bir səbəb isə, stomatoloji problemlərdir.

Öd kisəsi xəstəlikləri və qara ciyərin fəaliyyətindəki pozğunluq da ağızın acı dadmasına səbəb ola bilər.

Ağızdakı acı dad qulaq, burun və boğaz xəstəlikləri səbəbindən də qaynaqlana bilər. Bəzən isə bu problem hər hansıs bir xəstəliklə bağlı olmur və bəzi dərman preparatlarının qəbulundan sonra baş verir.

Saytımız mövzu ilə bağlı videoreportajı təqdim edir: