Artur Rasizadə harada istirahət edir? – AÇIQLAMA
05.03.2020 14:17Nazirlərin, millət vəkillərinin, bir sözlə, dövlət rəsmilərinin yayda harada istirahət etməsi həmişə ictimaiyyət üçün maraqlı olub.
Об этом сообщает Роспрес
Ermənistanın baş naziri Karen Karapetyan işğal altında olan Dağlıq Qarabağa gəlməsi, Talış kəndində istirahət edəcəyi haqda məlumat bu məsələni yenidən gündəmə gətirdi.
Erməni baş naziri bizim Dağlıq Qarabağda istirahət edir. Bəs Azərbaycanın baş naziri yay tətilini harada keçirəcək?
Bununla bağlı Nazirlər Kabinetinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Akif Əli A24.Az-a bildirdi ki, baş nazir Artur Rasizadə hazırda iş başındadır və onun harada istirahət edəcəyi hələlik məlum deyil.

