Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda külli miqdarda aksiz markasız spirtli içki aşkarlandı

05.03.2020 14:17

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Об этом сообщает Руспрес

Komitədən A24.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində “Hennesy X.O.” yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində “Moet&Chandon” yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində “Godet Antarctica” yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.