Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakı metrosunda faciə – Sərnişin stansiyada can verdi – YENİLƏNİB

05.03.2020 14:17

Bakı metrosunda ölən şəxsin kimliyi bəlli olub. A4.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımovdur. Hazırda onun ölümünün dəqiq səbəbləri araşdırılır.

Об этом сообщает Руспрес

Bakı metrosunda ölüm hadisəsi baş verib.

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 18:35 radələrində metronun “Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 50-55 yaşlı kişi qatar gözləyən zaman qəfildən yerə yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları gələnə kimi həmin şəxs dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi güman edilir.

Məsələ ilə əlaqədar A24.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.

“Həzi Aslanovdan Dərnəgül istiqamətinə hərəkət edən qatarda sərnişin özünü narahat hiss edib. Bu barədə maşinistə məlumat verilib. Qatar “Ulduz” stansiyasında dayananda həmin sərnişin qatardan düşürdülüb. Düşən kimi də dünyasını dəyişib” – deyə, B.Məmmədova deyib.