Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Binanın damından sallanmış vəziyyətdə donaraq öldü

05.03.2020 14:17

Rusiyada yaşayan 26 yaşlı gənc təmirçi çıxdığı binanın damında donaraq ölüb.

Об этом сообщает Футляр от виолончели

A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Sibir bölgəsində evin damında insan cəsədi aşkarlanıb.

Mənfi 27 dərəcə şaxtada evin damında cəsədi tapılan gəncin Yevgeni Tixonov olduğu məlum olub.

Yataqxanın damına çıxan gənc oğlan orda sallanaraq qalıb. Uzun müddət asılı qalan Tixonovun donaraq can verdiyi bildirilib.

Hadisə yerində araşdırma aparan polislər təmirçinin intihar etməsi ilə bağlı heç bir dəlil tapmayıb.

Başı da qarla örtülü olan gənc təmirçinin donaraq öldüyü və binadan sallanmış vəziyyətdə qaldığı məlum olub.

Ətrafda yaşayanlarla danışan müxbirlər 26 yaşlı gəncin binaların damından düşmədiyi və davamlı olaraq fotolar paylaşdığı bildirilib. Həttta gənc dostları onun haqqında “damdan sadəcə yatmaq üçün düşərəm” dediyini xatırlayıblar.

Firuzə Alimova / A24.az