Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu gündən sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsi məhdudlaşdırılır

05.03.2020 14:17

Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalara əsasən sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.