Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gələn il evlərin qiymətində ucuzlaşma olacaq? – Ekspert danışır

05.03.2020 14:18

2018-ci il üzrə ilk 11 ayın nəticələrinə əsasən, daşınmaz əmlak bazarında 6,78 faiz artım qeydə alınıb.
A24.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamaslnda “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, torpaq sahəsi, həyət və bağ evlərinin qiyməti daha çox bahalaşıb.
O bildirib ki, təkrar mənzil bazarında 2, ilkin bazarda 3, torpaq bazarında 9, kommersiya obyektləri bazarında isə 1 faiz artım olub.
N.İbrahimov ötən 11 ayda icarə və kirayə bazarı üzrə 5 faizə yaxın, ümumi bazar üzrə 4,72 faiz artım olduğunu qeyd edib.
Baş direktor 2019-cu il üzrə daşınmaz əmlak bazarı ilə bağlı gözləntilərini də açıqlayıb:
“2019-ci ildə birinci rübündə, yəni martın sonu, aprelin əvvəlində artım gözlənilsə də, ilin ikinci yarısında artım inandırıcı deyil. Ümumi il üzrə yalnız 4-6 faiz artım olacaq”.

Об этом сообщает Роспрес