Məhkəmə qərar çıxardı: Adnan Oktar “Kedicik”lərinə yaxınlaşa bilməyəcək – VİDEO
05.03.2020 14:18Adnan Oktar 2 “Kediciyinə” 6 ay müddətində yaxınlaşa bilməyəcək.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, 2 qızını Adnan Oktarın proqramında görən ata polisə müraciət edib.
Qızların anası və Adnan Oktar haqqında 6 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb.
Məlumatlara görə, qızların ata və anası 7 il öncə ayrılıb. Ata Avstriyada yaşadığından uzun müddət ailəsi haqqında heç bir xəbər ala bilməyib. 7 il sonra Türkiyəyə gəlib qızlarını axtaran ata, onları Adnan Oktarın telekanalında yayımlanan canlı proqramda görüb.
Atanın şikayəti ilə Adnan Oktar və qızların anası onların olduğu sahəyə və özlərinə 6 ay boyunca yaxınlaşa bilməyəcək.
Qızlar isə anaları ilə birgə müraciət ünvanlayıblar. Həmin müraciəti sizə təqdim edirik:
N. A24.Az

