“Mercedes” sement maşınına çırpıldı – Yaralılar xəstəxanaya belə aparıldı – VİDEO
05.03.2020 14:18Azərbaycanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili sement daşıyan “DAF” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilində olan sərnişinlər – Ucar rayon sakinləri – 1979-cu il təvəllüdlü Hacıyeva Vüsalə Qalib qızı, onun 2015-ci il təvəllüdlü oğlu Hacıyev Cabir Rəşad oğlu və 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm Ağaisa qızı müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım həkimlərinin köməkliyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Z.Hacıyevanın vəziyyəti ağır olduğundan, o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki yaralının vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

