Müdafiə Nazirliyi bayram günlərində keçirilən tədbirlərlə bağlı statistik məlumatları açıqladı
05.03.2020 14:18Müdafiə nazirinin tapşırığına əsasən, bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.
Об этом сообщает Руспрес
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların, ümumilikdə, on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

