Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putinlə Paşinyan razılaşdı: Qazın qiyməti qalxır

05.03.2020 14:18

Ermənistan üçün verilən rus qazının qiyməti artacaq, amma istehlakçı bunu hiss etməyəcək.
A24.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Feysbuk hesabındakı canlı yayım zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.
“Dünən iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq”, – deyə o bildirib.
O, “Qazprom” və “Qazprom Ermənistan”ın qaz qiymətinə yenidən baxmalı olduğunu deyib.
Paşinyan yeni qərar sayəsində Ermənistanın hansısa borclar alacağı və bundan sonra Rusiyaya hansısa aktivləri verəcəyi ilə bağlı yayılan fikirlərin həqiqət olmadığını bildirib.
O, Putinlə yalnız qaz qiymətləri məsələsini müzakirə etdiyini və digər heç bir məsələyə toxunmadığını bildirib.
Paşinyan qaz qiymətlərinin müzakirəsinə yenidən qayıdacaqlarını və bu razılaşmanın müvəqqəti olduğunu deyib.

Об этом сообщает Руспрес