Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Roma dövrünə aid sarkofaqlar tapılıb

05.03.2020 14:19

Həmçinin qazıntılar zamanı yüzlərlə gil qab-qacaq və zərgərlik məmulatları tapılıb.

Об этом сообщает Футляр от виолончели

Misirin Qədim Abidələrlə İş üzrə Nazirliyinin nümayəndələri Aralıq dənizi sahillərində yerləşən Dubyat şəhərinin Təl-əd-Deyr rayonu ərazisində Misir tarixinin Roma dövrünə aid sarkofaqlar aşkar ediblər.

Bu barədə bazar günü nazirlik məlumat yayıb.

“Roma dövrünə aid oval şəkilli, qırmızı rəngli gil sarkofaqlar aşkar olunub”, – deyə məlumatda bildirilir.

Qədim Abidələr üzrə Ali Şuranın baş katibi Mustafa əl-Vazirinin sözlərinə görə, bəzi sarkofaqlarda insanın üz cizgilərini, digərlərində mühəndis avadanlıqlarını görmək olar. Sarkofaqlarda ölmüş insanların qalıqları aşkar olunub.

Həmçinin qazıntılar zamanı yüzlərlə gil qab-qacaq və zərgərlik məmulatları tapılıb. Xüsusilə, üzərində üzüm tənəyi təsvir olunan üzüklər üzə çıxıb.

Daha əvvəl Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb. (report)