Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rus əsgərlər Afrindən çəkildi – Moskvadakı görüş özünü göstərdi

05.03.2020 14:19

Hulusi Akar ilə Hakan Fidanın Moskva görüşündən sonra Afrində olan 170 rus əsgər bölgədən çəkilməyə başlayıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Baş Qərargah rəisi general Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) məsləhətçisi Hakan Fidan Rusiya Federasiyasının Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə bölgədəki təhlükəsizlik mövzusunu, Suriyadakı son yaşananları və Astana/ Cenevrə prosesi ilə bağlı görüşləri müzakirə etmək üçün Moskvaya getmişdi.

Afrinin də müzakirə edildiyi görüşdən paylaşılan görüntülərdə masanın üzərində xəritələrin olduğu görülmüşdü.

Yaşanan son proseslərdən sonra Türkiyənin əməliyyata hazırlaşmağa başladığı Afrindən 170 rus əsgərinin çəkilməyə başlandığı məlum olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabr ayında Rusiya, Küveyt və Qətər səfələrindən sonra müxbirlərə verdiyi açıqlamasında Hamburqda keçirilən G20 sammitində Rusiyanın bəzi sözlər verdiyini bildirmişdi.

Ərdoğan “Rusiyanın bölgədən çəkilməsi, ordan bizə yönələn təhdid və təcavüzlərdən duyduğumuz narahatlıqlarla əlaqədar olaraq, Türkiyəyə lazımi anlayışın göstəriləcəyini  söz vermişdi” açıqlamasını edib.

Bu tarixdən sonra əvvəlcə Soçidə, daha sonra Ankarada Rusiya prezidenti Vladimir Putin ilə görüşən Ərdoğan Türkiyənin YPG/PYD mövzusu ətrafında müzakirələr apardığını bildirmişdi.

Soçi və Ankara görüşlərində isə Afrində həyata keçiriləcək əməliyyata Rusiyanın dəstək verdiyini qeyd etmişdi.

İndi rus əsgərləri müşahidəçi statusunda olduqları Afrin bölgəsindən geri çəkilir.

Firuzə Alimova / A24.az