Rusiya Çinə S-400 zenit-raketlərini tədarük etməyə başlayıb
05.03.2020 14:19Rusiyanın Çinlə 2014-cü ildə imzaladığı müqaviləyə əsasən, S-400 zenit raket kompleksinin tədarükünə başlanılıb.
Об этом сообщает Руспрес
“A24.Az” xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.
Agentliyin Rusiya hərbi-sənaye kompleksindən əldə etdiyi məlumatlara görə, artıq müqavilənin icrasına başlanılıb: “Birinci partiya Çinə göndərilib,” – deyə bildirilib.
Qeyd olunub ki, S-400 bu partiyasına radiolokasiya stansiyası, elektrik və köməkçi avadanlıq, ehtiyat hissələri, alətlər, ləvazimatlar və digər sistem elementləri daxildir. Çinlə imzalanmış müqavilədə ZRK-ların lisenziya əasında istehsalı nəzərdə tutulmayıb. Xatırladaq ki, S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.
Orxan Aslanlı / A24.az

