Sağ qabırğaaltı nahiyəsində ağrılar: TƏHLÜKƏLİ SİMPTOM
05.03.2020 14:19Ağrı orqanizmdə olan hər hansı “nasazlıqdan” xəbər verir.
Об этом сообщает Футляр от виолончели
Sağ qabırğaaltı nahiyəsində olan ağrılara xüsusilə diqqətli olmaq lazımdır. Ağrılar bu yerdə tez-tez təkrarlanırsa, bu təhlükəli xəstəliklərin simptomu ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra terapevt xəstəni digər mütəxəssislərin (qastroenteroloq, hepatoloq, uroloq və s.) müayinələrinə göndərə bilər.
A24.az Saglamolun.az-a istinadən qabırğaaltı ağrıların səbəblərini izah edir.
Sağ qabırğaaltı nahiyəsində ağrıların səbəbləri arasında:
– xolesistit (öd kisəsinin iltihabı). Ağrı kəskin və azmüddətli olur, bir çox hallarda stresdən və sinir gərginliyindən sonra inkişaf edir.
– öd daşı xəstəliyi. Ağrı çox güclü olur, sağ qolda hiss olunur, ürəkbulanması və qusma ilə müşayiət olunur.
– 12 barmaq bağırsağının xora xəstəliyi. Ağrı çox güclü, xəncərvari olur, qida qəbul etdikdən sonra ağrı azalır.
– qaraciyər xəstəlikləri. Ağrı sızıldayan olur, tez-tez təkrarlanır. Həmçinin insan “səbəbsiz” yorğunluq və halsızlıq hiss edir, iş qabiliyyəti azalır.
– pankreatit (mədəaltı vəzi iltihabı). Ağrı kəskin olur, belə “vurur”, ürəkbulanması və qusma ilə müşayiət olunur.
– böyrək xəstəlikləri. Ağrı həm sağ qabırğaaltı nahiyəsində, həm də belin sağ tərəfində hiss olunur.
– appendisit (kor bağırsağın – appendiksin iltihabı). Bəzi insanlarda appendiks yuxarıda yerləşir və appendisit zamanı ağrı qabırğaaltı nahiyəsində hiss olunur.
– ağciyər xəstəlikləri.

