Sən demə, ABŞ-ın hər kəsə borcu var – SİYAHI
05.03.2020 14:19ABŞ-ın borcu olduğu ölkələrin siyahısı açıqlanıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyahının birinci yerində müdafiə məqsədi ilə 1,2 trilyon dollarla Çin durur.
Siyahıda yer alan ölkələrdən biri də Türkiyədir ki, ABŞ-ın ona 61.4 milyard dollar borcu var. Bu borc göstəricisi ilə Türkiyə Amerikanın borcu olduğu ölkələr arasında 22-ci yeri tutur.
1, 189 trilyon dolarla Çinə borcu olan Amerikanın ikinci yerdə borclandığı ölkə Yaponiyadır – 1 trilyon 94 milyard dollar. Onluğun növbəti yerlərində İrlandiya (312 milyard dollar), Brazilya (270 milyard dollar), İsveçrə (254 milyon dollar), Birləşmiş Krallıq (226 milyard dollar), Lüksenburq (218 milyard dollar), Honq-Konq (189 milyard dollar) və Tayvan (182 milyard dollar) qərarlaşıb.
Firuzə Alimova / A24.az

