SON DƏQİQƏ – Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN – VİDEO
05.03.2020 14:19Bakıda yanğın başlayıb.
Об этом сообщает Роспрес
A24.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın paytaxtın Füzuli küçəsində (“Qış parkı” yaxınlığında) yerləşən hündürmərtəbəli yaşayış binalarının birində başlayıb. Yanğının binanın üzərinə çəkilmiş penoplas üzlüklərdə baş verdiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının digər mərtəbələrə keçməsinin qarşısının alınması və söndürülməsi üçün müvafiq işlər görülür.
Faktla bağlı araşdırma aparılır.

