Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Spirtli içkinin ürəyə xeyri aşkarlandı

05.03.2020 14:19

Alimlər ürək çatışmazlığı diaqnozu qoyulmuş yaşlı insanlarda ölüm riskinin azalması ilə  mütəmadi, lakin az miqdarda spirtli içki qəbulu arasında əlaqə aşkarlayıb.
A24.az oxu.az-a istinadən xəbər verir ki, Vaşinqtonun Tibb Universitetinin mütəxəssislərinin apardığı araşdırmanın nəticələri “EurekAlert!” portalında dərc olunub.
Müşahidə xarakterli araşdırmada ürək-damar sisteminin pozuntuları olan 393 pasiyent iştirak edib.
Məlum olub ki, həftədə yeddi dəfə və ya daha az standart porsiyalarda spirtli içkinin qəbulu, içməyənlərlə müqayisədə xəstələrin ömrünü 393 gün uzadıb. Diaqnozun qoyulduğu vaxtdan bəri orta sağ qalma müddəti 7,5 il təşkil edib.

Об этом сообщает Футляр от виолончели