Tillerson: Türkiyəyə bir açıqlama borcumuz var
05.03.2020 14:19ABŞ-ın xarici işlər naziri Reks Tillerson ABŞ-ın Türkiyəyə açıqlama borcunun olduğunu söyləyib.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, açıqlamasında Tillerson Suriyada YPG ilə sərhədə ordu qurmaq kimi niyətlərinin olmadığını bildirib.
“ABŞ Türkiyəyə açıqlama borcludur” deyən Tillerson, Türkiyənin sərt reaksiya göstərdiyi plan üçün bunları qeyd edib:
“ABŞ-ın Suriyanın şimalında sərhədləri gücləndirmək məqsədi ilə hərbi qüvvə qurmaq kimi niyəti yoxdur. Türkiyənin niyə belə sərt şəkildə reaksiya göstərməsini anlayıram. Yerli qüvvələrə təlim keçməyimizin səbəbi orda mövcud olan İŞİD qüvvələri ilə mübarizəni gücləndirməkdir”.
Firuzə Alimova / A24.az

