Tramp Netanyahunu yenə pərt etdi
05.03.2020 14:19“ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq”.
Об этом сообщает Футляр от виолончели
Saytımızın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir” deyib.
B.Netanyahu ötən gün Hindistan səfərində bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.
Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

