Türkiyədə otelin 10 min dollarlıq otaqlarını azərbaycanlı turist bağlatdı
05.03.2020 14:19Uzun illərdir Türkiyəyə rus turistlər gətirən “Anex Tour”un sahibi Sehat Koçkar 170 milyon dollar sərmayə qoyaraq Bodrumda otel açıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, lüks təbəqəyə xidmət göstərəcək otelin bir gecəlik qiyməti isə 10 min dollardır. Lakin 10 min dollarlıq otaqlar imkanlı azərbaycanlılar tərəfindən otelin açılışına 3 ay qalmış bağladılıb.
1990-cı illərdə atasından aldığı 160 dollarla Rusiyaya gedib turizm işiylə məşğul olan Neşat Koçkar qardaşı Serhat Koçkar ilə Türkiyəni rus turistlər üçün bir nömrəli bazar etmişdilər. Həmin illərdə Türkiyəyə ildə 300 min rus turist gəldiyi halda, Koçkar qardaşlalrının qurduğu “Anex Tours” ilə turizm bazarında böyük yüksəlmə müşahidə edilib və 10 il müddətində Türkiyədə rus turistlərin sayı 3 milyonu keçməyə başlayıb.
Neşat Koçkar
Serhat Koçkar
Gənc vaxtlarında resepş bölməsində işlədiyi otelləri satın alan Serhat Koçkar 170 milyon dollar yatırımla Bodrumda lüks otelə sahiblənib. Serhat Koçkar yeni qurduğu “Lujo” markasını Bodrumdan sonra Dubay və Danimarka başda olmaqla bir çox ölkəyə tətbiq edəcək. Şirkət daha iki ölkədə də əraziləri alaraq layihənin icrası üçün işə başlayıb.
Lujo Otelinin müdiri Önder Körük bildirib ki, layihə planlaşdırılan zaman ilk olaraq diqqət etdikləri şey qızıl tərkibli lazımsız şeylərdən uzaq durmaq olub. 1100 ədəd yataqlı otaqların olduğu oteldə bir gecəlik istirahət 1400 lirədən başlayıb 10 min dollara qədər qalxır. Lakin 10 min dollara olan otaqların varlı Azərbaycan turist qrupu tərəfindən 21 günlüyünə bağlandığı açıqlanıb.
Firuzə Alimova / MTM

