Bizə vurulan ziyan
06.03.2020 09:01“İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib.
Об этом сообщает Руспрес
Saytımızın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfrans martın 5-də Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu ilə birgə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı, müvafiq dövlət qurumlarının əməkdaşları, QHT rəhbərləri, dini konfessiyaların nümayəndələri, alimlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Mübariz Qurbanlı işğal altında qalan abidələrimizdən danışaraq bildirib ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törətdilən vandalizm hərəkətləri, işğal altındakı bütün maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. “İşğal olunmuş ərazilərdə məhv edilən çoxlu sayda tarixi, dini abidələr içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Dağıdılan abidələr içərisində həm müsəlman abidələri, həm də xristian alban məbədləri var”.
Millət vəkili Xanhüseyn Kazımlı isə bildirib ki, erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tətqiqi, onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndiriməsi zəruridir. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bu kimi vəzifələrin həllinə nail olmaq üçün Avroasiya Qiymətləndiricilər Asosyasiyası qarşısında hələ 2014-cü ildə münaqişə, müharibə və tələfatlara görə itkilərin hesablanması üzrə Beynəlxalq Standartların qəbul edilməsi barədə məsələ qaldırılıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı məsələ hələ bir il bundan əvvəl qəbul olunub və qeyd olunan Standartın layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə edilib.
Konfransda bildirildi ki, işğal olunmuş ərazilərdə 901 dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələri, 1500 dövlət qeydiyyatında olmayan abidə, 13 beynəlxalq əhəmiyyətli abidə, 900 qəbiristanlıq var.
Tarix və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri, İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Faiq İsmayılov, MAK Consaldinq-Bakı LTD-nin baş direktoru, İtki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Zamin Hüseynov, «MBA LTD» Qiymətləndirmə Şirkətinin Prezidenti, Sosial-iqtisadi və Ekoloji İnkişaf Birliyinin sədri Rahilə Mehdiyeva çıxış edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirələrin və diskussiyaların aparılmasının, bu barədə cəmiyyətin və beynəlxalq qurumların məlumatlandırılmasının zəruriliyini vurğulayıblar.

